reklam
Messi Argentinaya yardım etdi -
Sportfm.az xəbər saytı

Messi Argentinaya yardım etdi -FOTO


Futbol üzrə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi ölkəsinə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində maddi yardım göstərib.

Sportfm.az xəbər verir ki, 33 yaşlı hücumçu koronavirusla mübarizə fonduna 500 min avro ianə edib.

Bu vəsait tibb işçiləri üçün qoruyucu avadanlıq, istehlak materialları və süni nəfəs aparatlarının alınmasına xərclənəcək.

Qeyd edək ki, Argentinada 6 mindən çox insanda koronavirus aşkarlanıb, azı 305 adam dünyasını dəyişib.

Messi daha öncə Kataloniyada koronavirusla mübarizə üçün 1 milyon avro yardım etmişdi.

Oxşar xəbərlər

"Qarabağ" 1500 ailəyə yardım etdi - FOTO
Messi də mübarizəyə qoşuldu - 1 milyon avro yardım etdi
“Roma” 500 min avro topladı - Koronavirusla mübarizə üçün
Salahdan örnək addım - Yardım ayırdı
Ulduz futbolçu xəstələrə yardım etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər