reklam
İdman jurnalistləri
Sportfm.az xəbər saytı

İdman jurnalistləri "Dopinqlə mübarizə"ni öyrəndi -Vebinar


Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Azərbaycan Milli Antidopinq Agentliyi ilə birlikdə dopinqlə mübarizəyə aid vebinar keçirib. 

Sportfm.az xəbər verir ki, vebinarda müxtəlif telekanal, qəzet, informasiya agentlikləri və xəbər portallarının 20-dən çox əməkdaşı, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası proqramının magistrləri iştirak ediblər.

Bir saat davam edən vebinarda antidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, respublika idman federasiyalarının öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və Ümumdünya Antidopinq Agentliyi tərəfindən qərarların yoxlanılması kimi mövzulara toxunulub. 

Vebinarda media nümayəndələrinə dopinq yoxlamaları və müxtəlif qurumlarla əməkdaşlıq, idmançıların öhdəlikləri, hüquqları barədə və digər məsələlər haqqında slaydlarla məlumat verilib.

Sonda AMADA-nın hüquqşünası Fərhad Abbasov müxtəlif mövzularda sualları cavablandırıb.

Oxşar xəbərlər

"Amada" seminar keçirdi - Nazirliklə
AMADA üç vebinar təşkil edəcək
İdman jurnalistləri antidopinq təlimlərinə başlayır
DSX və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı
DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər