reklam
Sportfm.az xəbər saytı

"Avrokuboklar üçün müəyyən planımız var"Aleksander Çeferin


"Avropakuboklarda mövsümün başa çatdırılması üçün konkret planımız var. Düşünürəm ki, əksər ölkələrdə mövsüm başa çatdırılacaq".

Sportfm.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin "beIN Sports"a açıqlamasında söyləyib. 

Çeferinin sözlərinə görə, avrokuboklarda iştirak etmək arzusunda olanlar istənilən halda seçmə mərhələlərdə çıxış etməlidirlər: "UEFA İcraiyyə Komitəsi tarixləri təsdiqləyənə qədər gözləməliyik. Amma deyə bilərəm ki, hər şey indiki kimi olsa, avrokubok mövsümü avqustda başa çatdırılacaq. Yerli liqalar ayrı məsələdir və necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər. Əvvəllər dediyim kimi, onların 80 faizinin mövsümü başa vuracağına inanıram". 

Qeyd edək ki, daha əvvəl UEFA-nın martda dayandırılmış 2019/2020 avrokubok mövsümünü avqustun sonlarınadək başa vuracağı bildirilib. Bu, daxili yarışların tamamlanmasından sonra gerçəkləşəcək.

Oxşar xəbərlər

Liqa 1 bərpa olunacaq – UEFA-dan razılıq
"Bu vəziyyətdə futbol oynamaq mümkün deyil" - UEFA
Azərbaycan Premyer Liqası maliyyə problemlərinə görə yarıda qala bilər
Avrokubokların son tarixi ilə bağlı məlumat doğrudurmu?
Pley-off sistemi olmayacaq - UEFA məsələyə baxır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər