reklam
İrandan gözlənilən addım -
Sportfm.az xəbər saytı

İrandan gözlənilən addım -Qanun qəbul edilmədi


İran hakimiyyəti İsraildən olan idmançılarla yarışmağı qadağan edən qanunun qəbulundan imtina edib.

Sportfm.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, İran idmançılarının İsraildən olan həmkarları ilə görüşməməsinə dair qeyri-rəsmi qadağa var. Lakin İran hakimiyyəti qadağanı rəsmiləşdirməkdən imtina edib.

İslam Respublikasının lideri ayətullah Seyid Əli Xamənei İsrail idmançıları ilə yarışmaqdan imtina etmiş iranlıları dəfələrlə mükafatlandırıb və onların bu addımın alqışlayıb.

“Radio Farda”nın yaydığı məlumata görə, İsraildə olan istənilən yarışdan imtinaya dair qanun layihəsi mayın 12-də təqdim olunub. Lakin mayın 18-də məsələ İran parlamentinin gündəliyindən çıxarılıb. Bu, İranın gənclər və idman işləri üzrə nazirinin xahişi ilə edilib. 

 

Oxşar xəbərlər

İran idmançıları Xankəndidə keçirilən yarışlara qatılmayıb - Açıqlama
İran cüdoçuları diskvalifikasiya olundu - 4 illik
Cüdo Federasiyası bütün yarışlardan kənarlaşdırıldı
İran ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakdan imtina etdi
İslam Oyunlarında İranı neçə idmançı təmsil edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər