reklam
Narkotik maddə almaq üçün qızıl medalını satdı
Sportfm.az xəbər saytı

Narkotik maddə almaq üçün qızıl medalını satdı


Braziliyanın “San-Paulu” klubunun keçmiş futbolçusu Flavio Donisete narkotik maddə almaq üçün Klublararası dünya çempionatında qazandığı qızıl medalı satıb.

Sportfm.az xəbər verir ki, kokain aludəçisi olan Flavio, bu səbəbdən karyerasını bitirmişdi. Braziliya mətbuatına danışan Flavio, kokain almaq üçün medalını satdığını etiraf edib:

“Klublararası dünya çempionatında qazandığım qızıl medalı kokain almaq üçün satdım. Hardasa üç min avroya satmışdım. Gələn pulun hamısına da kokain aldım. Kokainə başladıqdan sonra hər şeyimi itirdim. Bütün bunlara baxmayaraq, hər zaman yanımda olan həyat yoldaşıma və qızlarıma təşəkkür edirəm. Onlardan başqa, hər şeyimi itirdim”.

“San-Paulu” 2005-ci ildə Klublararası dünya çempionatında “Liverpul”u 1:0 hesabıyla məğlub edərək, çempion olmuşdu.

Oxşar xəbərlər

Dünya çempionatının qızıl medalını satdı - FOTO
Sabiq “Real”lı saxlanıldı - Qaçaqmalçılığa görə
Məşqçi virusa görə qızıl medalını satır
Millinin sabiq futbolçusu 1 kq kokainlə yaxalandı - FOTO
İsrailin yeganə Olimpiya çempionu qızıl medalını satacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər