Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tanınmış futbolçu karyerasını başa vurdu
Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Aleksandr Anyukov karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, 38 yaşındakı müdafiəçinin müqaviləsi yenilənməyib və o, futbolla vidalaşıb. Anyukov məşqçiliyə başlamaq niyyətindədir.
Qeyd edək ki, Aleksandr Anyukov 2005-ci ildən 2019-cu ilə qədər "Zenit"in formasını geyinib. O, Sankt-Peterburq təmsilçisi ilə 5 dəfə Rusiya çempionu olub. Müdafiəçi UEFA Kuboku və UEFA Super Kubokunun da qalibidir. 2004-2013-cü illərdə Rusiya yığmasında çıxış edən futbolçu 2008-ci ildə Avropa çempionatında bürünc medala yiyələnib.
Oxşar xəbərlər
Səmədov karyerasını bərpa etdi - İlk rəsmi oyununa çıxdı
Millidə çıxış etmiş azərbaycanlı futbolçu karyerasını bitirdi - FOTO
Avropa Liqasının ikiqat qalibi karyerasını başa vurdu
Futbola bir başladılar, bir də bitirdilər
Mundiala vəda etdi, karyerasını bitirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası