reklam
Türkiyə klubunda sevincli gün -
Sportfm.az xəbər saytı

Türkiyə klubunda sevincli gün -Virusa qalib gəldilər


Türkiyənin “Yeni Malatyaspor” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Sportfm.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan götürülən testlərin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, “Yeni Malatyaspor”da əvvəlki günlərdə götürülən testlərdən səkkkizinin nəticəsi müsbət olmuşdu. Onlardan beşinin futbolçu olduğu açıqlansa da, ad çəkilməmişdi.

Sonuncu test nəticələri mənfi çıxsa da, həmin şəxslərin müalicəsi hələ də davam etdirilir və karantində saxlanılırlar.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.

Oxşar xəbərlər

Türkiyəli mütəxəssis virusa qalib gəldi
7 nəfər klub üzvündə koronavirus aşkarlandı
Türkiyə klubunun beş futbolçusunda koronavirus aşkarlandı
“Beşiktaş”da testin nəticələri məlum oldu
"Fənərbaxça"da testin nəticələri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər