Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sabiq basketbolçu ağdərili vətəndaşı döydü -VİDEO
Milli Basketbol Assosiasiyasında çıxış edən "Klivlend Kavalyers" klubunun sabiq oyunçusu Cey Ar Smit ABŞ-ın Los-Anceles şəhərində xoşagəlməz hadisənin iştirakçısı olub.
Sportfm.az TMZ-yə istinadən xəbər verir ki, Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar aksiya zamanı ağdərili sakinlərdən biri 35 yaşlı basketbolçunun avtomobilinin şüşəsini sındırıb.
Bundan əsəbiləşən Smit maşından düşərək həmin şəxsi təqib edib, ona çatdıqdan sonra isə yerə yıxaraq ayağı ilə zərbələr endirməyə başlayıb.
Qeyd edək ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videogörüntüsü yayılıb.
Oxşar xəbərlər
Türk basketbolçu həyati təhlükəni atlatdı - QƏZA
Anri diz çökdü - 8 dəqiqə 46 saniyə
İtaliya klubu da irqçiliyə etiraz etdi - FOTO
Floyd Meyvezer dəfn xərcini üzərinə götürdü
"Liverpul" etiraz edir - ABŞ-dakı irqçiliyə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası