Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avrokubokların formatı dəyişdirilir
UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan avrokubokların formatını dəyişdirməyə hazırlaşır.
Sportfm.az xəbər verir ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə hər iki turnirdə oyunların 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsi gündəmdədir.
Matçların Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar öz aralarında 2 deyil, 1 oyun keçirəcəklər.
Qeyd edək ki, daha əvvəl Çempionlar Liqasının finalına Türkiyənin İstanbul, Avropa Liqasının həlledici görüşünə isə Polşanın Qdansk şəhərlərinin ev sahibliyi etməsi qərara alınıb.
Oxşar xəbərlər
Çempionlar Liqasının formatı dəyişdiriləcək
UEFA-nın yeni qərarı - Cavab oyunları ilə bağlı
"Dördlər finalı" Almaniyada keçiriləcək
Avrokubokların formatı dəyişir - “Dördlər finalı” ola bilər
Avrokubokların yeni formatı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası