Azərbaycan Premyer Liqasının təqvimi dəyişəcək
Azərbaycan Premyer Liqasının qalan hissəsinin yeni təqviminində dəyişiklik ola bilər.
Sportfm.az xəbər verir ki, ölkə çempionatında şənbə və bazar günlərinə nəzərdə tutulan 21-ci (21 iyun), 24-cü (5 iyul) və 27-ci turların (25 iyul) vaxtlarının dəyişməsi mümkündür.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmağın qadağan olunmasını təklif ediblər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə və bazar günləri tam küçəyə çıxma qadağası barədə qərar veriləcəyi təqdirdə, Premyer Liqada da şənbə və bazar günlərinə nəzərdə tutulan oyunların vaxtı dəyişdiriləcək.
Oxşar xəbərlər
AFFA aşağı liqalarla bağlı dəyişiklik etdi
Uşaq liqalarının başlama vaxtı məlum oldu
Operativ Qərargahdan açıqlama - "Formula 1" ilə bağlı
İdman tədbirləri iyunun 1-dən başlayacaq
Klublarımız məşq edə bilməyəcək - Operativ Qərargahın qərarı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası