Fanatlar stadiona buraxıldı, maska taxan olmadı -FOTO
Avropa ölkələrində futbol tədricən bərpa olunmağa başlayarkən Serbiyada artıq azarkeşlər də stadionlara buraxılır.
Sportfm.az xəbər verir ki, təxminən 3 aylıq fasilədən sonra bu ölkədə bir futbol matçında tərəfdarlar da tribunadakı yerlərini alıblar.
Bu, Serbiya kuboku çərçivəsində keçirilən “İndjija” - “Srvena Zvezda” matçına təsadüf edib. Bu oyunu təxminən 800 nəfər izləyib. Amma onların sosial məsafə qaydalarına əməl etməməsi və maska geyinməməsi xüsusi diqqət çəkib. Halbuki, Serbiya Futbol Federasiyası azarkeşlərin arenaya girişinə icazə verərkən bu və digər məqamlarla bağlı xüsusi tövsiyələrini açıqlamışdı. Amma belə görünür ki, fanatlar bu tövsiyələri ciddiyə almırlar.
Qarşılaşma “Srvena Zvezda”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb və bu komanda yarımfinala vəsiqə qazanıb.
Oxşar xəbərlər
Azarkeşlər oyunlara gələ biləcək - Yeni qərar
"Srvena Zvezda" Çempionlar Liqasının qrup mərhələsində - VİDEO
Fanatlar yenə iş başındadı - UEFA Serbiya klubunu cəzalandırdı
Fanatlar azarkeşlik etdikləri klubun avtobusunu yandırdı - FOTO
"Srvena Zvezda" 28-ci çempionluğunu rəsmiləşdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.jpg)










Misli Premyer Liqası