Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngiltərərnin əfsanəvi futbolçusu karyerasını bitirdi
"Liverpul" və İngiltərə millisinin sabiq kapitanı Stiven Cerrard futbolçu karyerasını bitirdiyini açıqlayıb. Sportfm.az xəbər verir ki, bu barədə təcrübəli yarımmüdafiəçinin özü məlumat verib: "Fəxr edirəm ki, "Liverpul"da 700-dən çox oyun keçirdim, bu komandanın kapitanı oldum və "Enfild"də böyük qələbələrin fəthində rolum oldu. Bu cür karyeraya sahib olduğum üçün mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Sizin dəstəyiniz olmasaydı, bütün bunları reallaşdıra bilməzdim. İndi gələcək karyeramla bağlı düşünmək üçün bir az vaxta ehtiyacım var. Yaxın vaxtlarda bu barədə açıqlama verəcəm".
1998-ci ildən 2015-ci ilə kimi "Liverpul"da oynayan 36 yaşlı ingilis yığma komandanın heyətində 114 oyun keçirib.
Cerrard İngiltərə Kubokunun ikiqat, Liqa Kubokunun isə üçqat qalibidi. Həmçinin Çempionlar Liqasını, Uefa Kubokunu, Uefa Superkubokunu və İngiltərə Superkubokunu qazanıb.
Oxşar xəbərlər
72 yaşlı mütəxəssis karyerasını başa vurur
Cerrard baş məşqçi təyin edildi
Stiven Cerrard:"Liverpul klubuna məhz o lazımdır"
Stiven Cerrard yenidən Avropada?
"Liverpul"un keçmiş futbolçusu karyerasını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası