reklam
Türkiyədə daha bir Muslera peyda oldu -
Sportfm.az xəbər saytı

Türkiyədə daha bir Muslera peyda oldu -FOTO


Türkiyənin “Qalatasaray” klubunun azarkeşlərindən biri öz oğluna İstanbul təmsilçisinin qapıçısı Fernando Musleranın şərəfinə “Muslera” adını qoyub.

Sportfm.az xəbər verir ki, uzun illərdi bu komandada çıxış edən uruqvaylı qolkiper bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu, inanılmazdı” deyən Muslera, ona olan sevgisini bu cür göstərən tərəfdara təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, mayın 29-da dünyaya göz açan uşağın adı şəxsiyyət vəsiqəsində “Ege Muslera” olaraq qeyd edilib.

33 yaşlı Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir. O, bu komandada təxminən 300 oyuna çıxıb.

Oxşar xəbərlər

Muslera Uruqvayı tərk etdi
Muslera "Qalatasaray"dan gedir
Fernando Muslera ilə yeni müqavilə - Daha üç il
"Qalatasaray" Musleraya müqavilə təklif etdi - 3 illik müqavilə
Muslera belə zədələndi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər