reklam
Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı
Sportfm.az xəbər saytı

Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı


AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə  salınıb. 

Sportfm.az xəbər verir ki, bu barədə Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. 

O bildirib ki, bəzi məsələlər UEFA və klublarla dəqiqləşdirilməli, daha sonra yekun qərar hazırlanaraq, Lisenziyalaşdırma Komissiyasına təqdim edilməlidir: "Pandemiyaya görə qurumlar iki aya yaxın işləmirdi. AFFA və klublar da iki aya yaxın karantin dövründə idi. Ona görə də müəyyən sənədlərin daha dəqiq yoxlanılmasına ehtiyac var. Bu, elə də ciddi problem deyil".

Federasiya rəsmisi Lisenziyalaşdırma Komissiyasının iclasının iyunun 17-də və ya 18-də ola biləcəyini sözlərinə əlavə edib. 

Oxşar xəbərlər

Klubların iştirak üçün müraciət vaxtı başa çatdı - AÇIQLAMA
"Klubların lisenziya məsələsi qiymətləndirmə fazasındadır" - Sərxan Hacıyev
Mövsümün açılış iclası keçirildi
AFFA-da 2019-2020 Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Lisenziyalaşdırma qrupunun iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər