reklam
Zidan Madrid klubunun tarixinə düşdü
Sportfm.az xəbər saytı

Zidan Madrid klubunun tarixinə düşdü


İspaniya La Liqasının 28-ci turunda “Real”ın “Eybar”ı 3:1 hesabı ilə məğlub etdiyi oyun Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, fransız mütəxəssis baş məşqçi kimi "kral klubu"nda 90-cı qələbəsini qazanıb.

O, bu göstərici ilə sələflərindən biri Leo Benhakkeri qabaqlayıb. Benhakkerin “Real”ın baş məşqçisi kimi 89 qələbəsi var. Zidan indi yalnız Miqel Munyosdan geri qalır - 257 qələbə.

“Real” Zidanın rəhbərliyi altında keçirdiyi 200 matçın 132-də qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub.

Oxşar xəbərlər

Zidan "Real Madrid"dən getdi - RƏSMİ
Zidandan ən pis göstərici
Zidan üçün əlamətdar qələbə - 100-cü oldu
Zidan "Yuventus"a dönür
Zidan ikinci dəfə ilin ən yaxşı məşqçisi seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər