Ramos qol vurdu, "Real" qalib gəldi
Futbol üzrə İspaniya La Liqasında 31-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Son turda “Barselona” ilə oyunda qolsuz bərabərə qalan “Sevilya” səfərdə “Vilyarreal”ın qonağı olub. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib. “Leqanes” isə “Qranada” ilə üz-üzə gəlib. Bu oyun da qolsuz başa çatıb.
Madrid “Atletiko”su isə bu turda “Levante”ni sınağa çəkib və səfərdə minimal hesabla üstün olub. “Valyadolid” – “Xetafe” matçında qalib müəyyənləşməyib. Ötən tur xal itkisi ilə üzləşən “Barselona” isə bu dəfə “Atletik”i minimal hesabla üstələyib.
“Real” bu turda “Malyorka”nı qəbul edib. İnamlı qələbə qazanan Madrid təmsilçisi liderliyini qoruyub.
İspaniya La Liqası, 31-ci tur
22 iyun
Vilyarreal – Sevilya 2:2
Qol: Alkaser, 18. Torres, 45+4 – Eskudero, 39. El Haddadi, 63.
Leqanes – Qranada 0:0
23 iyun
Levante – Atletiko 0:1
Qol: B.Qonsales, 15-öz qapısına.
Valyadolid – Xetafe 1:1
Qol: E.Ünal, 45+5-pen – Mata, 41.
Barselona – Atletik 1:0
Qol: Rakitiç, 71.
24 iyun
Alaves – Osasuna 0:1
Qol: Lato, 64.
Real Sosyedad – Selta 0:1
Qol: Aspas, 45-pen.
Real – Malyorka 2:0
Qol: Vinisius, 19. S.Ramos, 56.
25 iyun
21:30 Eybar – Valensiya
00:00 Betis – Espanyol
Oxşar xəbərlər
Rafinyanın 1 qolu bəs etdi - La Liqa
“Atletiko”dan 2 qol - Primero
Madridlilər minimal hesabla qalib gəldi
4 ev sahibindən 3-ü evdə 0-2 hesabı ilə məğlub oldu - La Liqa
"Sevilya"dan gözlənilməz xal itkisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası