Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Barselona”da 82 milyon avroluq transfer -RƏSMİ
İspaniyanın “Barselona” klubunun futbolçusu Artur Melonun İtaliya çempionu “Yuventus”a transferi rəsmiləşib.
Sportfm.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İtaliya klubu braziliyalı yarımmüdafiəçidən ötrü qarşı tərəfə 72 milyon avro ödəyib. “Barselona” müxtəlif bonuslar nəzərə alınmaqla daha 10 milyon avro gəlir əldə etmək şansına malikdi.
23 yaşlı oyunçu 2019/20 mövsümünü “Barsa”da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. “Yuventus”un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Artur “Barselona”ya 2018-ci ilin yayında “Qremio”dan keçib.
Oxşar xəbərlər
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
Bu yayın ən bahalı 10 transferi - SİYAHI
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
Neymar Barcelona-ya uduzdu
“Barselona” oyunçusunu satmağa hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası