reklam
Klublarımız Avropa Liqasında mübarizəyə nə vaxt başlayacaq? -
Sportfm.az xəbər saytı

Klublarımız Avropa Liqasında mübarizəyə nə vaxt başlayacaq? -Təqvim


UEFA Avropa Liqasında 2020/2021 mövsümünün tam təqvimini təsdiqləyib.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
20 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. II təsnifat mərhələsi 17 sentyabrda, III təsnifat mərhələsi 24 sentyabrda gerçəkləşəcək. Oktyabrın 1-də pley-off mərhələsinin görüşləri təşkil olunacaq. Bu qarşılaşmalar bir oyunluq sistemlə təşkil olunacaq. 
Qrup mərhələsində 6 tur müvafiq olaraq, 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr və 10 dekabrda nəzərdə tutulub.
Azərbaycan təmsilçilərindən "Neftçi", "Sumqayıt", "Keşlə" mübarizəyə avqustun 27-də I təsnifat mərhələsindən başlayacaq.
2021-ci ildə isə bu oyunlar olacaq:
1/16 final
İlk oyunlar - 18 fevral, cavab görüşləri - 25 fevral
1/8 final
İlk oyunlar - 11 mart, cavab görüşləri - 18 mart
1/4 final
İlk oyunlar - 8 aprel, cavab görüşləri - 15 aprel 
Yarımfinal
İlk oyunlar - 29 aprel, cavab görüşləri - 6 may
Final 
26 may
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq. 
 

Oxşar xəbərlər

Yeni mövsümün təqvimi açıqlandı - Çempionlar Liqası
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI
Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan klubları avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq? - TƏQVİM
Klublarımız avrokuboklara nə vaxt başlayacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər