Azərbaycan çempionatının ən yaxşı futbolçu kimdir? -Essyen açıqladı
Hazırda "Səbail" klubunda çıxış edən Qana milli komandasının sabiq futbolçusu Maykl Essyen Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi eksklüziv açıqlama verib. Essyen "Neftçi"nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kaneni fərqləndirib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"də çıxış edən Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. Koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılmış 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə yaxın günlərdə aydınlıq gələcək. (Report)
Oxşar xəbərlər
Mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi - Azərbaycan Premyer Liqası
Mövsümünün ən yaxşı futbolçusu - Namik Ələskərov
Abdullah Zubir mövsümün ən yaxşı futbolçusudur - Azərbaycanda
"Səbail"in futbolçusu "Çelsi"nin rəmzi komandasında
Mahmudov ən yaxşı futbolçu seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası