Bölgə komandamızın 10 seriyası
“Qəbələ”nin Azərbaycan Premyer Liqasındakı çıxışları tarixində 10 dəfə bir futbolçu üç və ya daha çox matçda meydanı qol vurmadan tərk etməyib.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar”ın Premyer Liqadakı ən uzun fərdi qol seriyasının müəllifi Baqali Dabodur. Fransalı futbolçu ardıcıl 4 oyunda qol sevinci yaşayıb. Bu, 2017/18 mövsümündə gerçəkləşib. Fransalı forvard meydanı qolsuz tərk etmədiyi 4 turda 6 dəfə rəqib qapılarına yol tapıb. Dabo bunu 4 matçda bacaran yeganə futbolçudur. Digər 9 seriya üç qarşılaşmanı əhatə edir.
Filip Ozobiçin hamıdan çox – 2 belə uğurlu seriyası var. O, 2016/17 mövsümünün gedişində iki dəfə üçoyunluq qol seriyasına imza atıb. Xorvatiyalı yarımmüdafiəçi bunların birində 4, digərində 3 dəfə fərqlənib.
Yannik Kamanan 2011/12 mövsümündə ardıcıl üç görüşdə 5,, Davit Volkov 2019/20 mövsümündəki seriya zamanı 4 dəfə qol sevinci yaşayıb. Fərzad Hatəmi 2008/09, Cavid Hüseynov 2014/15, Alesksey Qay 2015/16, Stiven Monrozla Ceyms Adeniyi 2018/19 mövsümündə üç ardıcıl turun hərəsində bir dəfə fərqlənməyə nail olub.
Oxşar xəbərlər
"Qəbələ" - "Zirə": 22-ci duel
14 mövsüm, 16 bombardir
Ceyms "Qəbələ"nin tarixinə düşdü
"Qəbələ"də kim daha şanslıdır? - 9 futbolçu fərqləndi
34 futbolçudan 56 dubl
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası