reklam
Kiyev
Sportfm.az xəbər saytı

Kiyev "Dinamo"su növbəti kubokunu qazandı


Futbol üzrə Ukrayna kubokunun qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, həlledici oyunda Kiyev “Dinamo”su ilə “Vorskla” üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Kiyev təmsilçisi kubokun qalibi olub – 8:7.

Qeyd edək ki, “Dinamo” tarixində 12-ci dəfə Ukrayna kubokunu qazanır. Bu baxımdan rekord 13 dəfə qalib olmuş Donetsk “Şaxtyor”una məxsusdu. “Vorskla” isə cəmi bir dəfə ölkə kubunu qazanıb. Yeri gəlmişkən, Poltava təmsilçisinin baş məşqçisi vaxtilə “Keşlə”ni çalışdırmış Yuri Maksimovdur.

Oxşar xəbərlər

Pley-off mərhələsinin cütləri - Çempionlar Liqası
Mahir Emreli Super Kubokun qalibi oldu
Superkubokun qalibi məlum oldu - Ukraynada
"Voyvodina" Serbiya kubokunu muzeyinə apardı - FOTO
Superkubokun qalibi müəyyənləşdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər