reklam
De Byazi Azərbaycan yığmasının baş məşqçisi oldu
Sportfm.az xəbər saytı

De Byazi Azərbaycan yığmasının baş məşqçisi oldu


Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. 

Sportfm.az AFFA-ya istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.
Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Oxşar xəbərlər

"Sabah"ın əvəzedici komandası ləğv edildi, Barış Şimşek təyinat aldı
VAR sisteminin tətbiq olunacağı vaxt bilindi - Azərbaycanda
Çempionat dayandırıldı - “Qarabağ” çempion elan edildi - RƏSMİ
"Qəbələ" avrokuboklarda mübarizə aparacaq - Dəqiqləşdi
AFFA baş məşqçi ilə bağlı açıqlama yaydı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər