Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İsveçrə klubu karantində
İsveçrənin “Sürix” klubunun kollektivi koronavirus pandemiyası ilə əlaqədar karantinə alınıb.
Sportfm.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə futbolçu və məşqçi heyətinin, eləcə də klubun digər bütün işçilərinin karantinə alındığı diqqətə çatdırılıb. Buna klubun kollektivindən bir neçə gün öncə götürülən koronavirus testlərinin bəzisinin müsbət nəticə verməsi səbəb olub.
Klubun İsveçrə çempionatında “Sion” (11 iyul) və “Bazel”lə (14 iyul) oyunlarının təxirə salındığı bildirilib.
Oxşar xəbərlər
“Qarabağ”ın rəqibində koronavirus aşkarlandı - Oyun baş tutacaq
Virus italyanlardan əl çəkmir - Yeni yoluxma faktları
“Roma”da koronavirus şoku - İki futbolçuda yoluxma
Türkiyə futbolunda şok - 72 nəfər karantinə alındı
ABŞ-da çıxış edən futbolçu virusa yoluxdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası