Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Julien Ebah:"Düşüncələrimdə yanılmadım"
"Kəpəz" son turda "Neftçi” üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb. Sportfm.az xəbər verir ki, Gəncə klubunun kamerunlu futbolçusu Julien Ebah görüşdə komandasının 2-ci qolunu vurub. Klubun rəsmi saytına açıqlamasında o, matçla bağlı bunları deyib.
"Oyuna üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla "Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını da almaq istəyirdik. Bunu da bacardıq. Rəqibə qarşı fərqli oyun göstərdik və qol imkanlarından maksimum istifadə etdik. Ümumiyyətlə, çox çətin qarşılaşma oldu.
İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.
Qeyd edək ki, "Kəpəz"in digər qolunu Orxan Əliyev öz aktivinə yazdırıb.
Oxşar xəbərlər
"Kəpəz"in futbolçusu:"Rəqibin “Neftçi” olması həvəsimizi daha da artırmışdı"
Nicat Qurbanov: “Klubun adına yaraşmayan yerdəyik”
Julien Ebah: “Nəticələr bizi məyus edir”
"Kəpəz"in futbolçusu:"Qolların sayını artırmaq lazımdır"
Julien Ebah "Daçiya"nı hansı hesabla məğlub edəcəkləri bilir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası