reklam
Fərid son turda sevindi -
Sportfm.az xəbər saytı

Fərid son turda sevindi -Çexiya çempionatı 2-ci divizionu


Futbol üzrə Çexiya 2-ci divizionunda 2019/20 mövsümünə yekun vurulub.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da bu mövsümün son matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Pardubiçe” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə iki qol vuran Nəbiyev son oyunda fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” mövsümü 49 xalla 16 kollektiv arasında 5-ci pillədə başa vurub.

Oxşar xəbərlər

Fərid Nəbiyevli “Viktoriya”dan qələbə - Çexiya çempionatı
Fərid Nəbiyevlə Samir Qurbanovun komandası qələbə ilə başladı
Nəbiyev 45 dəqiqə oynadı, komandası xal itirdi
Nəbiyev ilk rəsmi qolunu vurdu
Azərbaycanlı futbolçular Çexiyada 3 xala sevindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər