reklam
Qurban Qurbanov Türkiyə Super Liqasına yollanır? -
Sportfm.az xəbər saytı

Qurban Qurbanov Türkiyə Super Liqasına yollanır? -Təklif


Yeni mövsüm Türkiyə Super Liqasında oynamağa vəsiqə qazanan "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib.
Sportfm.az xəbər verir ki, Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün onunla danışıqlar aparır. Klub rəhbərliyi səviyyəsində Q.Qurbanovla danışıqlar son günlər daha da gücləndirilib.
Məsələ ilə bağlı Qurbanovun özünün rəyini öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, bu, səviyyəli yüksək liqaları olan ölkələr səviyyəsində son 20 ildə Azərbaycan məşqçilərinə ilk müraciətdir.
Xatırladaq ki, "Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və superliqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır. Amma klubun onunla yolları ayırmaq istədiyi bildirlir.
Əlavə edək ki, Q.Qurbanova bu təklif barədə ilk xəbəri azerisport.com saytı yayıb.

 

Oxşar xəbərlər

Qurban Qurbanova Premyer Liqa klubundan təklif
"Hatayspor"un yeni baş məşqçisi məlum oldu
Qurban Qurbanovun yerinə onu gətirdilər - Təyinat
"Qurban Qurbanov istədiyi zaman "Hatayspor"un baş məşqçisi ola bilər" - Klub prezidenti
Qurban Qurbanovun dəvət aldığı türk klubuna cavabı - Təfərrüatlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər