reklam
Millimizin futbolçusu 20 yaşında vəfat etdi -
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu 20 yaşında vəfat etdi -FOTO


Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze dünyasını dəyişib.

Sportfm.az xəbər verir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qurgenidze son olaraq Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 - 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb. Həmin görüşlərdə Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib - 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.

Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Millimizin baş məşqçisi vəfat etdi - İtki
Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi
Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi
Gürcüstan yığmasının üzvü Azərbaycan yığmasının üzvünü müalicə etdirir - FOTO
Azərbaycan yığmasının baş məşqçisi vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər