reklam
Bizlərə tanış olan Yaroslav Kozık -
Sportfm.az xəbər saytı

Bizlərə tanış olan Yaroslav Kozık -Referi Bakıya gəlir


Ukraynalı FIFA referisi Yaroslav Kozık Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" matçının baş hakimi olacaq.
 
Sportfm.az xəbər verir ki, ukraynalı referi daha öncə də Azərbaycan klublarının oyunlarına təyinat alıb. 

 

O, 2015/16 mövsümündə Avropa liqasının II təsnifat mərhələsində "İnter" - "Hafnarfyordur" (İslandiya) matçının baş hakimi olmuşdu. 2:2 hesabı ilə başa çatan görüşdə "İnter" növbəti mərhələyə vəsiqə qazanmışdı.

 

Kozık Bakıya növbəti səfəri 2016/17 mövsümündə olub. Ukraynalı ədalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Bakcell Arena"da Maltanın "Baltsan" klubuna 1:2 hesabı ilə uduzduğu görüşü idarə edib. Lakin "ağ-qaralar" ilk oyundakı 2:0 hesablı qələbə sayəsində mərhələ adlamışdı.

 

FIFA referisi 2019/20 mövsümündə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə oyununa təyinat alıb. O, Ağdam klubunun Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesabı ilə uduzduğu matçda dördüncü hakim olub.

 

Kozık 28 beynəlxalq oyun idarə edib. 39 yaşlı referi ilk dəfə Çempionlar Liqasının qarşılaşmasına təyinat alıb.

Oxşar xəbərlər

"Qarabağ"ın oyununda hakim niyə dəyişdirilib? - Səbəb
Kaşşai karyerasını başa vurdu - FOTO
"Qarabağ" - "Sevilya": hakimlər açıqlandı
Ağayevə kömək olan, "Qarabağ"a uğurlu hakim
“Qarabağ”ın isveçrəli ilə ikinci görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər