Vedat veda etdi -Transfer
"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.
Sportfm.az xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 18,15 milyon avrosundan keçib.
Əgər paytaxt klubu növbəti mövsüm A Seriyasında çempion olsa İstanbul təmsilçisinə 2,5 milyon avro bonus ödəyəcək. 2-ci yer 1,5 milyon, 3-cü pillə 1 milyon, 4-cülüyün bonusu isə 0,5 milyon avro təyin olunub. Növbəti satışdan "sarı-lacıvərdli" kluba pay ödəniləcək.
Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq. Muriki növbəti həftə Romaya yollanıb, tibbi müayinədən keçəcək.
"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Fənərbaxça" İsrail millisinin ulduzuna göz dikdi - 2,5 milyon avro
Fransa millisinin üzvü "Qalatasaray"a keçdi - FOTO
"Fənərbaxça"dan yeni transfer - FOTO
Kosovo millisinin üzvü rəsmən "Fənərbaxça"da
"Barselona" Arda Turana fantastik qiymət qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası