reklam
Sportfm.az xəbər saytı

"Liverpul" 5 milyon qazanacaq -ÇL-i qazanarsa


Müqavilə ilə İspaniya "Barselona"sına məxsus olan Filippe Koutinyo hazırda icarə əsasında çıxış etdiyi "Bavariya"nın (Almaniya) heyətində UEFA Çempionlar Liqasının (ÇL) qalibi olacağı halda İngiltərənin "Liverpul" klubu 5 milyon avro qazanacaq.

Sportfm.az xəbər verir ki, sözügedən məbləği mersisaydlılara Kataloniya təmsilçisi ödəyəcək.

Braziliyalı futbolçu 2018-ci ilin qışında "qırmızılar"dan La Liqa klubuna keçərkən onun müqaviləsinə belə bir bənd əlavə olunub. Həmin vaxt kataloniyalılar bu transfer üçün qarşı tərəfə 145 milyon avro ödəmişdi.

Qeyd edək ki, turnirin 1/4 final mərhələsində "Barselona"nı 8:2 hesabı ilə məğlub edən "Bavariya" yarımfinala yüksəlib. Həmin matçda qollardan 2-sini məhz Koutinyo vurub.

Almaniya klubu yarımfinalda "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
120 milyon avro ödəyə bilməyəcəklər
90 milyon qiymət qoydular - FOTO
Çempionlar Liqasından ən çox qazanan klublar bilindi
Qalmaq istədiyini söylədi - Koutinyo

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər