reklam
Premyer Liqada yeni mövsümün təqvimi məlum oldu
Sportfm.az xəbər saytı

Premyer Liqada yeni mövsümün təqvimi məlum oldu


Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün təqvimi açıqlanıb. 

Sportfm.az xəbər verir ki, son çempion "Liverpul" ilk turda "Lids Yunayted"i qəbul edəcək.

London təmsilçilərindən "Arsenal" səfərdə "Fulhem"in, "Çelsi" isə "Brayton"un qonağı olacaq. 

I turdakı "Börnli" - "Mançester Yunayted" və "Mançester Siti - "Aston Villa" matçlarının vaxtları dəqiqləşdirilməyib. Buna səbəb Mançester təmsilçilərinin avrokubok oyunlarının gec bitirməsidir. İki komanda arasındakı derbi matçları dekabrın 12-də və martın 6-da olacaq. 

"Everton" və "Liverpul" arasındakı Mersisayd derbiləri 17 oktyabr və 20 fevrala təyin edilib. "Mançester Yunayted" və "Liverpul"un görüşləri isə 16 yanvar və 5 may tarixlərində keçiriləcək. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək. 

Oxşar xəbərlər

Premyer Liqada 17-ci tur başlayır - "Arsenal" - "Vest Hem"
"Mançester Yunayted" London səfərində - AFİŞA
Lider autsayderə qarşı - AFİŞA
“Everton” evdə “Vest Hem”i qəbul edəcək - AFİŞA
Yeni mövsümün təqvimi məlum oldu - Premyer Liqada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər