reklam
Sportfm.az xəbər saytı

"Sabah" yeni formalarını təqdim etdi -VİDEO


“Sabah” 2020/21-ci illər mövsümü üçün ev və səfər formalarını təqdim edib.

Sportfm.az xəbər verir ki, “Nike” şirkətinin istehsalı olan olan formalar göy və ağ rəngdədi. Komanda növbəti mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək. 

Yeni formaların təqdimat videosunda kapitan Ruslan Abışovla yanaşı, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıb. 

“Sabah” yeni formada ilk oyununu Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcək.  Qarşılaşma avqustun 22-də saat 20:00-da “Azersun Arena”da baş tutacaq.

 

Oxşar xəbərlər

“Qəbələ” yeni mövsümün formalarını təqdim etdi - FOTO
“Sabah” Kipr klubu ilə üz-üzə gələcək
"Sabah" yeni mövsüm üçün formalarını təqdim etdi - VİDEO
Macron-dan "gənclik şəhəri"nin komandası üçün qırmızı forma - FOTO
"Qarabağ"ın rəqibi yeni formasını təqdim etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər