reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin yeni legioneri:"Komandaya uyğunlaşmışam”


“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin “Səbail” üzərində qələbə (2:1) haqda fikirlərini bölüşüb.

Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qara” formada ilk rəsmi matça çıxan Mərakeş əsilli belçikalı futbolçu, azarkeşsiz oynamağın fərqli olduğunu bildirib:

“Oyun çox yaxşı keçdi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşsiz oynamaq fərqli idi, amma matçın rəsmi olması hiss olunurdu. Bu, bizi qələbə üçün daha da ac edirdi. Düzdür, mənim bir əlverişli qol epizodum oldu, amma istifadə edə bilmədim. Çünki qapıçı əla “seyv” etdi. İnanıram ki, gələn dəfə qol vuracam. Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə oyundakı şanslarımıza gəlincə, biz yenə də yaxşı mənada ac və mübariz olmalıyıq. Öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. “Neftçi”də hamı bir-birinə kömək edir. Buna görə də, artıq komandaya uyğunlaşmışam”.

Oxşar xəbərlər

"“Səbail” mənim üçün doğma klubdur" - Koçuk
"Azarkeşsiz futbol çətin və darıxdırıcıdır" - "Neftçi"nin legioneri
“Neftçi” "Skupi"yə qalib gəldi - YENİLƏNİB
“Neftçi”nin rəqibi azərbaycanlı oyunçunu transfer etdi – RƏSMİ
"Neftçi"nin zəif cəhətlərini bilirdik" - Məhəmməd Qədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər