"Sumqayıt" - "Şkendiya: mətbuat konfranslarının vaxtı bilindi
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) matçından əvvəl, avqustun 26-da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, əvvəlcə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov saat 17:40-da media mənsublarının suallarını cavablandıracaq. Saat 18:00-da “kimyaçılar”ın açıq məşqi (15 dəqiqə) keçiriləcək.
Saat 20:40-da isə “Şkendiya”nın baş məşqçisi Ernest Qyoka mətbuat nümayəndələrinin önünə çıxacaq. Şimali Makedoniya təmsilçisinin açıq məşqi (15 dəqiqə) saat 21:00-da keçiriləcək.
Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi "Kapital Bank Arena"da olacaq.
“Sumqayıt” – “Şkendiya” qarşılaşması avqustun 27-də saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Kayrat”
Mətbuat konfransı və məşqin vaxtı - "Qarabağ" - AEL
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
"Səbail" - "Krayova": mətbuat konfransı və açıq məşqin vaxtı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası