Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qəzada ölən akrobatlar torpağa tapşırılıb -FOTO, VIDEO
Rusiyada dəhşətli yol qəzası baş vermişdi. Sportfm.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 5 dekabrda səhər saatlarında Xantı-Mansiysk-Tümen yolunun 926-cı km-də idmançıları aparan avtobus qəzaya uğramışdı. Nefteyuqansk şəhərinin idman akrobatikası üzrə yığma komandasını Xantı-Mansiyskdəki yarışdan gətirən avtobus ağır yol qəzası keçirərək, 12 nəfər dünyasını dəyişmişdi. Ölənlər arasında 12-14 yaşlı yeniyetmə idmançılar və məşqçiləri olub. 20 nəfər ağır xəsarət alıb. Bu gün Nefteyuqansk şəhərində bu faciəli qəzada dünyasını dəyişənlər torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə zamanı avtobus qarşıdan gələn yük avtomobilinə çırpılıb.
Oxşar xəbərlər
Jurnalistlərin olduğu avtobus qəzaya düşdü - Hadisə
Futbolçuları aparan avtobus qəzaya düşdü - FOTO
8 futbolçu dünyasını dəyişdi - Avtobus qəzası
Futbol klubunun avtobusu qəzaya uğradı - 4 nəfər həlak oldu
Avtobus dərəyə yuvarlandı, 7 futbolçu vəfat etdi - Hadisə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası