57-ci əcnəbi, 3-cü ispaniyalı
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib.
Sportfm.az xəbər verir ki, bu, 2020/21 mövsümünün ilk turunun “Qarabağ”la səfər matçına təsadüf edib. İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub. Qomes ölkə çempionatları tarixinə 57-ci əcnəbi baş məşqçi kimi düşüb.
Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub. “Sabah”ın çalışdırıcısı bu siyahıya düşən 3-cü ispaniyalıdır. Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012/13 mövsümündə debüt edib.
Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son 8 turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib.
Oxşar xəbərlər
Ramiz Məmmədov, Roman Qriqorçuk və Elmar Baxşıyev
Bakı klubu ispaniyalı məşqçi ilə müqavilə bağladı - RƏSMİ
Mladen Milinkoviç: 55-ci legioner, 4-cü serbiyalı
Premyer Liqada 54-cü, “Neftçi”də 4-cü
"Qəbələ"də çalışan mütəxəssis BƏƏ-də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası