reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş" mübarizəyə başlayır -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II, Avropa Liqasında (AL) isə I təsnifat mərhələsinə start veriləcək. 

Sportfm.az xəbər verir ki, ÇL-də 2, AL-də isə bir matç keçiriləcək. 

I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasını mübarizədən kənarlaşdıran Albaniya çempionu "Tirana" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Türkiyənin "Beşiktaş" klubu isə Yunanıstanda PAOK-un müqavimətini qırmağa çalışacaq. 

Avropa Liqasındakı yeganə oyunda isə "Riteryay" Latviyada İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkəcək. 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) 

22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)

Avropa Liqası

I təsnifat mərhələsi

22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya)

Oxşar xəbərlər

Çempionlar Liqasında önəmli gün - III təsnifat mərhələsi başlayır
Bu gün 5 oyun keçiriləcək - Çempionlar Liqası
III təsnifat mərhələsi başlayır - Çempionlar Liqası
"Beşiktaş" yunanlarla bacarmadı - Çempionlar Liqası
2-ci təsnifat mərhələsinə start verilir - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər