İki kluba texniki məğlubiyyət verildi -Çempionlar Liqası və Avropa Liqası
UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunları ilə bağlı yekun qərarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, ÇL-in 1-ci təsnifat mərhələsində avqustun 19-da Farer adalarının “Klaksvik” klubu ilə qarşılaşmalı olan Slovakiya “Slovan”ına 0:3 hesablı məğlubiyyət verilib.
Avropa Liqasının ilkin mərhələsində isə Kosovo “Priştina”sı Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə üz-üzə gəlməli idi. Kosovo təmsilçisinin 8 futbolçusu koronavirus yolxduğundan matç təxirə salınmışdı. "Priştina"nın oynamaq istədiyi fərqli heyətdə də virus aşkarlandığı üçün qarşılaşmanın ləğvinə qərar verilmişdi. Artıq UEFA “Priştina”ya da 0:3 hesablı texniki məğlubiyyət verib.
Oxşar xəbərlər
İlkin mərhələdə qalib məlum oldu - Çempionlar Liqası
UEFA texniki məğlubiyyət verdi - Koronavirusa görə
Avropa Liqasının yeni mövsümünə start verildi - Andorra təmsilçisi qələbə qazandı
Çempionlar Liqası: ilkin mərhələnin püşkü atıldı
Kosovo çempionu rəqibini darmadağın etdi, Avroliqanın 1-ci təsnifat mərhələsinə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası