Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Beşiktaş” səpələndi, “Qarabağ” qeyri-müəyyənlikdə
Çempionlar Liqasında qrup üçüncüsü olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların səbətləri bəlli olub. Apasport.az saytının məlumatına görə, 8 komanda UEFA əmsallarına uyğun şəkildə səbətlərə bölünüb.
Reytinqi daha yüksək olan 4 komanda səpələnmişlər səbətində yer alıb. Qonşu Türkiyəni təmsil edən "Beşiktaş” da bu "dördlük”dədi. Onlar Avropa Liqasının 1/16 final mərhələsinin püşkü zamanı qrup birinciləri kimi səpələnəcək.
Səpələnmişlər
"Kopenhagen” (Danimarka)
"Lion” (Fransa)
"Tottenhem” (İngiltərə)
"Beşiktaş” (Türkiyə)
Səpələnməmişlər
"Rostov” (Rusiya)
"Legiya” (Polşa)
"Borussiya” (M, Almaniya)
"Ludoqorets” (Bolqarıstan)
Avropa Liqasında tutduğu yer dəqiqləşənlərdən "Zenit” (Rusiya), "Roma” (İtaliya), "Şaxtyor” (Ukrayna), "Ayaks” (Hollandiya), "Şalke” (Almaniya) və "Sparta” (Çexiya) da səpələnib. "Krasnodar” (Rusiya) isə zəiflər səbətindədi. 1/16 finala vəsiqəni təmin edən APOEL (Kipr), "Olimpiakos” (Yunanıstan), "Genk” (Belçika), "Atletik” (İspaniya), "Anderlext” (Belçika) və "Sent-Etyen”ın (Fransa) tutacağı yer bu gün dəqiqləşəcək.
Azərbaycan təmsilçisi "Qarabağ” "Fiorentina” ilə qarşılaşmanın nəticəsindən asılı olaraq, 1/16 finala yüksələ bilər. Komandamız bunu bacarsa, yer alacağı səbət tutacağı yerdən asılı olacaq.
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının püşkatması dekabrın 12-də atılacaq.
Oxşar xəbərlər
“Beşiktaş”ın rəqibi bəlli oldu
İki Belçika klubu 1/4 finalda, italyanlar üçün son gecə
"Krasnodar" "Fənərbaxça"ya qarşı, "Borussiya" "Fiorentina" dueli
Avropa Liqasında 1/16 finalçılar müəyyənləşdi
Avropa Liqasının qrupları məlumdur - NƏTİCƏLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası