Olimpiya məşəli ictimaiyyətə təqdim olundu -Tokioda
Gələn ilin yayınadək təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli Yaponiya paytaxtının ictimaiyyətinə təqdim olunub.
Sportfm.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Yaponiya hökumətinin, Milli Olimpiya Komitəsinin, Tokio administrasiyasının və Oyunların təşkilat komitəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Olimpiya məşəli Yunanıstandan Yaponiyaya martın 20-də, Oyunların gələn ilədək təxirə salınması barədə qərarın qəbulundan dörd gün əvvəl gətirilib. Məşəl Tokionun Şincuku rayonunda yerləşən Yaponiya Olimpiya Muzeyində nümayiş etdirilir.
Qeyd edək ki, Olimpiya məşəlinə baxmaq istəyənlər əvvəlcədən bron götürməlidirlər.
Olimpiya məşəli ziyarətçilərə noyabrın 1-dək nümayiş etdiriləcək.
Oxşar xəbərlər
Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi - Pekin-2022
Olimpiya Oyunlarının məşəli təqdim olundu - “Pekin-2022”
Hökumətdən "Tokio-2020" açıqlaması - Tarix dəqiqləşdi
Məşhurlar iştirakçılar siyahısından çıxarılacaq - Tokio-2020
Pxençan Qış Olimpiya Oyunlarının məşəli Seula çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası