reklam
Sportfm.az xəbər saytı

"Monteneqro üçün sürpriz edəcəyik" -Canni De Byazi


"UEFA Millətlər Liqasında Monteneqro və Kiprə qarşı oyunlarımız üçün heyəti nə qədər gec açıqlasam, o qədər yaxşıdır".

Sportfm.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

64 yaşlı mütəxəssis növbəti oyunlarda da yeni 5-4-1 taktikasına üstünlük verib-verməyəcəyinə dair sualı konkret cavablandırmaq istəməyib: "Taktikanı indidən açıqlamaqla, nəyə görə Monteneqroya əlavə üstünlük verməliyik? Onsuz da bu rəqibin üstünlükləri var. Monteneqro üçün sürpriz edəcəyik. Əlbəttə, bu bir zarafatdır (gülür - E.M.)". 

İtaliyalı baş məşqçinin fikrincə, Monteneqro millisini qrupun favoritidir: "Onlar qrupun ən güclüsüdürlər. Həm reytinqcə, həm də oyunçuların səviyyələrinə görə üstündürlər".

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub, Nikosiyada "Kipr"i 1:0 hesabı ilə üstələyib. Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək. (Report)

Oxşar xəbərlər

"Bu dəfə fərqli olacaq" - Canni De Byazi
Yığmamız Monteneqroya məğlub oldu - YENİLƏNİR
"Monteneqro ilə matç bizim üçün çox vacibdir" - Canni De Byazi
Monteneqro - Azərbaycan oyununun stadionu bilindi
Kipr - Azərbaycan matçının stadionu bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər