Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dmitri Nağıyev qələbəyə sevindi -5:0
Moldova çempionatında 10-cu turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
10 turdan sonra 16 xalı olan "Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Nağıyevin komandasına 1 qol yetərli oldu - Premyer Liqa
Amit Quluzadənin komandasından növbəti qələbə - Moldova çempionatı
Nağıyev 90 dəqiqə oynadı, komandası 3 xal qazandı
Millimizin üzvü sarı vərəqə aldı, komandası uduzdu
Elvin Avstriyada komandasının qələbəsində pay sahibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası