reklam
Sportfm.az xəbər saytı

"120 dəqiqəlik mübarizədən çıxmışdıq" -Qurban Qurbanov


“Neftçi” bu gün çox vacib qələbə qazandı. İlk hissədə hər şey intizamlı görünürdü, nəzarət ümumilikdə bizdə idi. Hər iki komanda yorulmuşdu. Bəlkə də, biz daha çox yorulmuşduq. Çünki 120 dəqiqəlik mübarizədən çıxmışdıq".
Sportfm.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

O, qarşıdakı oyunlarda komandasının daha yaxşı çıxış edəcəyini bildirib: "Belə durumda biz məşqçilərdən çox şey asılıdır. Futbolçuların yanında olmaq, onları dəstəkləmək lazımdır. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımızın olduğunu bilirik. İlk turlardan görünür ki, çempionat gərgin keçəcək”.

Qurbanov onları sıx təqvimin gözlədiyini vurğulayıb: “Mövsümün tam təqvimi artıq çıxıb. Əgər Avropa Liqasının qrupuna düşə bilsək, daha sıx qrafikdə oynayacağıq. Xüsusən də, milli komandada çıxış edən futbolçular üçün çətin olacaq. Əvvəllər heyətimiz geniş olduğu üçün dəyişikliklər edə bilirdik. Bu gün Zubirin, Romeronun zədəsi var idi. Romero hələ qarşıdakı 3 oyunu buraxa bilər. Belə qrafik bizə ikiqat zərbə vurur”.

Q.Qurbanov "Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsünüz?" sualını belə cavablandırıb: “Bu gün təkcə hücumçuya yox, bir neçə oyunçuya ehtiyacımız var. Bəzən fikirləşirlər ki, Qurban Qurbanov prinsipə hücumçu almır. Amma qətiyyən belə deyil. Oyunçu almaq imkanımız olsaydı, bundan mütləq yararlanardıq".

Oxşar xəbərlər

Qurban Qurbanov: “Hər şey qaydasındadır”
"Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü" - Qurban Qurbanov
Qurban Qurbanov qələbəni şərh etdi - "Azarkeşlər olsaydı, hücumlarımız daha effektiv ola bilərdi"
"Vacib məsələ olsa, müraciət edə bilərik" - Qurban Qurbanov
Qurban Qurbanov: "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər