reklam
Tokio olimpiadası ilə bağlı yeni rüşvət faktları -
Sportfm.az xəbər saytı

Tokio olimpiadası ilə bağlı yeni rüşvət faktları -2 milyon dollar


Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının Sifariş Komitəsi 2013-2014-cü illərdə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF - hazırkı Dünya Atletikası) prezidenti Lamin Diakın oğlu Papa Massat Diakın hesabına 370 milyon ABŞ dollarınadək vəsait köçürüb.

Sportfm.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, pullar kiçik Diaka Sinqapurun "Black Tidings Co." şirkəti vasitəsilə ötürülüb. Bu şirkət 2013-cü ildə Sifariş Komitəsindən konsaltinq xidməti üçün 2 milyon dollar alıb. 

Lakin Papa Massat Diak alınmış vəsaitin Tokio olimpiadasına heç bir aidiyyatının olmadığını açıqlayıb. O, həmçinin bildirib ki, ödənişlər Çində hansısa sponsorluq müqaviləsi ilə bağlı olub. 

Qeyd edək ki, koronavirus pandemiyası üzündən Tokio Yay Olimpiya Oyunları 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Oxşar xəbərlər

Tokio olimpiadası ləğv edilir? - ŞOK
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
Tokio olimpiadasının proqramı təsdiqləndi
Milli Olimpiya Komitəsinə əlavə pul verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər