I Diviziondakı yeniliklər açıqlandı
Futbol üzrə Azərbaycan I Divizionu ilə bağlı yeni qaydalar açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev aşağı dəstədə 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.
O bildirib ki, çempionat 27 tur və 3 dövrədən ibarət olacaq: "I dövrəni doğma meydanda oynayan komandalar 3-cü dövrədə də rəqiblərini evdə qəbul edəcək. Hər şey püşkatmanın nəticəsindən asılı olacaq".
Şahgəldiyev I Divizionda limitin "4+6+1" olacağını söyləyib: "Meydana start heyətində çıxan futbolçulardan 4-ü təcrübəli (onlardan 2-si isə əcnəbi də ola bilər), 6-sı yerli (2000-ci təvəllüdlü və daha gənc), 1-i isə 2002-ci il təvəllüdlü olmalıdır. Burada əsas məqsəd aşağı yaş qrupu üzrə yığmalara daha çox oyunçu verməkdir".
Oxşar xəbərlər
Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti oldu - Təyinat
Premyer Liqamızda yeni mövsümün startı ilə bağlı açıqlama
PFL-dən çempionluq kuboku ilə bağlı açıqlama gəldi
Birinci Divizionda "limit bəlası" - yenə dəyişir
Ramin Musayev:"Matçın nəticəsi ləğv olunacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası