reklam
Sportfm.az xəbər saytı

"“Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq" -Pavel Vşolek


"Artıq avrokuboklarda asan oyunlar olmur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi növbəti matça hazırlaşmağa vaxtımız var".

Sportfm.az xəbər verir ki, bu sözləri Polşanın "Legiya" klubunun futbolçusu Pavel Vşolek Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Drita"ya (Kosovo) 2:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra deyib.

Polşalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında pley-offda "Qarabağ"la keçiriləcək görüş haqda da danışıb:  “Bir həftədən sonra “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək”.

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. 

Oxşar xəbərlər

“Qarabağ”ın rəqibində koronavirus aşkarlandı - Oyun baş tutacaq
Gerye "Qarabağ"ı yalnız qoymayacaq - Komandaya qoşuldu
"Legiya" iştirak ərizəsini açıqladı - “Qarabağ”la oyun üçün
"Qarabağ"ın rəqibi müəyyənləşir - Pley-off
""Reyncers" "Qarabağ"dan güclü idi" - "Legiya"nın baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər