reklam
AFFA FİFA və UEFA-ya müraciət etdi -
Sportfm.az xəbər saytı

AFFA FİFA və UEFA-ya müraciət etdi -Ölən futbolçu ilə bağlı


AFFA Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində  həlak olan Şəhriyar Qurbanovla bağlı FIFA və UEFA-ya müvafiq məktublar ünvanlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Məlumatda bildirilib:

“Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.
Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb”.

Oxşar xəbərlər

Goranboy və Gəncə yenə atəşə tutuldu - Ölən var
Erməni təxribatları nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb
AFFA-dan UEFA-nın üzvlərinə müraciət: #STOPCHILDMURDER
Elxan Məmmədov ermənilərin futbolla bağlı təxribatlarından danışdı
FİFA AFFA-ya başsağlığı verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər