"Ararat" - "Srvena Zvezda" oyunu keçiriləcək -UEFA qərar verdi
UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Ararat" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) matçı ilə bağlı qərar verib.
Sportfm.az xəbər verir ki, qitə qurumu matçın Ermənistanda keçirilməsinə qərar verib. Oyun oktyabrın 1-i İrəvanda baş tutacaq.
Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Belqrad klubu UEFA-nı məlumatlandıraraq, matçın Kiprə salınmasını istəmişdi. Erməni klubu və qitə qurumu serblərə təhlükəsizliklə bağlı təminat veriblər. Bu səbəbdən də matçın yeri dəyişdirilməyib.
"Srvena Zvezda" bu gün koronavirus testindən keçib, sabah İrəvana qələbə üçün yollanacaq.
Azərbaycan ordusu erməni işğalında olan bir neçə kəndi və Murovdağda yüksəkliyi işğaldan azad edib. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
Oxşar xəbərlər
AFFA ermənilərin təxribatına münasibət bildirdi
"Ararat" - "Srvena Zvezda" matçının yeri dəyişdirildi - Çempionlar Liqası
"Srvena Zvezda" Ermənistana gəlməyəcək - Neytral meydanda keçiriləcək
Stadiona tank gətirdilər - FOTO
Fanatlar yenə iş başındadı - UEFA Serbiya klubunu cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası