"Ölkəmizi yaxşı nəticə ilə sevindirməyə çalışacağıq" -Maksim Medvedev
"Sevindirici hal odur ki, zədəli olan futbolçular artıq bizimlədir və matça çıxacaqlar. "Qarabağ" həmişəki kimi, öz oyununu nümayiş etdirə biləcək".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"ya qarşı keçirəcəkləri matçdan öncə jurnalistlərə açıqlamasında deyib.
31 yaşlı futbolçu ağır səfərə getdiklərini bildirib: "Özümüz də başa düşürük ki, bu, bizim Avropada oynamaq üçün son şansımızdır. Ona görə əlimizdən gələni edəcəyik. Ölkədəki vəziyyət də bizə çox təsir edir. Çalışacağıq ki, bu ağır günlərdə Azərbaycanı öz nəticəmizlə sevindirək".
Təcrübəli müdafiəçi meydanda öz sözlərini demək istədiklərini vurğulayıb: "Əsas odur ki, bu günlərdə çox şeyin baş verdiyini anlayırıq. Bizim ilk misiyamız odur ki, futbolumuzu göstərək və nəticə ilə sözümüzü deyək. Lazım olsa, meydanda döyüşəcəyik. Hamı o düşüncədədir ki, həm vuruşsun, həm də gözəl futbol sərgiləsin".
Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Oxşar xəbərlər
"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" - Maksim Medvedev
"Bura yaxşı nəticə üçün gəlmişik" - Maksim Medvedev
"Qarabağ" Polşaya yollanır - "Legiya" - "Qarabağ"
"Qarabağ" "Legiya" ilə nə vaxt qarşılaşacaq? - Məlum oldu
Maksim Medvedev: "Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası