reklam
Essyenin məşqçiliyə başlama səbəbi -
Sportfm.az xəbər saytı

Essyenin məşqçiliyə başlama səbəbi -"Heç vaxt belə bir şeyin baş verəcəyini düşünmürdüm"


"Öyrənmək istəyirsənsə, hər zaman nədənsə başlamaq lazımdır. Burada isə bunun üçün əla mühit var".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Səbail"in sabiq futbolçusu Maykl Essyen "inews.co.uk" saytına açıqlamasında Danimarkanın "Norşellan" klubundakı məşqçilik fəaliyyəti barədə danışarkən deyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, futbol oynadığı vaxtlarda məşqçi olmaq ağlına gəlməyib: "Heç vaxt belə bir şeyin baş verəcəyini düşünmürdüm. Amma indi gələcək nəslə verəcəyim çox şeyin olduğunu hiss edirəm. Buna görə məşqçi olmağı və bu yolu araşdırmağı qərara aldım".

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin yayınadək "Səbail"də çıxış edib. O, karyerası ərzində İngiltərədə "Çelsi", İspaniyada "Real Madrid" və İtaliyada "Milan" kimi komandaların formasını geyinib.

Oxşar xəbərlər

"Səbail"in sabiq oyunçusu Danimarka klubunda - 1 illik müqavilə
"Səbail"in futbolçusu "Çelsi"nin rəmzi komandasında
Maykl Essyen sıradan çıxdı
Essyen sabiq komandasını təbrik etdi - FOTO
Maykl Essyen "Səbail"lə məşq etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər